Polis adı ilə hədələyib pul alan dəstəyə hökm oxundu


Kriminal 31 Okt 2018 19:36:00 251 0

Polis adı ilə hədələyib pul alan dəstəyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən) maddəsi ittihamdan çıxarıb, Cinayət Məcəlləsin 309 (vəzifə səlahiyyətlərini aşma) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunaraq təqsirləndirilənlərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.