Baletsevərləri növbəti xoş sürpriz


Kriminal 31 Okt 2018 19:16:00 326 0

Baletsevərləri növbəti xoş sürpriz

Oktyabrın 27-də Rusiya Akademik Böyük Teatrının aparıcı solistləri Alina Kovalyova və Yakopo Tissinin iştirakı ilə Opera və Balet Teatrının səhnəsində baş tutan "Qu gölü" tamaşasından sonra baletsevərləri növbəti xoş sürpriz gözləyir.

Son.az xəbər verir ki, noyabrın 17-də klassik balet sənəti həvəskarları milli Opera və  Balet Teatrımızda  Adolf Adanin  "Jizel" baletini seyr edə biləcəklər.

Balet truppamız bu dəfə də tamaşanı Rusiya Böyük Teatrının adlı-sanlı solistləri - Anna Nikulina (Jizel)  və Ruslan Skvortsovun (qraf Albert) iştirakı ilə təqdim edəcəkdir. Hər iki solist balet artistlərinin beynəlxalq müsabiqələrinin qalibləri və Rusiyanın əməkdar artistləridir. Onlar Avropanın bir çox ölkələrində, habelə ABŞ və Yaponiyada uğurlu qastrol səfərlərində olmuşlar.