Prezident Administrasiyası: Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin sosialiqtisadi siyasətinin alternativsizliyini göstərir FOTO


Siyasət 31 Okt 2018 19:19:00 301 0

Prezident Administrasiyası: Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin sosialiqtisadi siyasətinin alternativsizliyini göstərir  FOTO

"Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin alternativsizliyini göstərir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Doing Business 2019" hesabatına həsr olunmuş mətbuat konfransında Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev deyib.

O vurğulayıb ki, Azərbaycanda həyata keçirilmiş islahatlar hesabatdas rekord nəticəyə nail olmağa imkan verdi. Belə ki, Azərbaycan öz mövqeyini 32 pillə yüksəldərək 190 ölkə arasında 25-ci yerdə qərarlşıb. MDB ölkələri arasında Azərbaycan 1-ci yeri tutub.

V.Şıxəliyev qeyd edib ki, Azərbaycan ilk 10 islahatçı ölkə sırasına daxil olub və ən çox islahat keçirmiş ölkə elan olunub. Azərbaycan "Doing Business" reytinqində 10 göstəricidən 8-i üzrə mövqeyini yaxşılaşdırıb.


Xəbərə aid fotolar