Acun o uşaqları tapdı


Digərləri 31 Okt 2018 17:44:00 245 0

Acun o uşaqları tapdı

TV 8 kanalının rəhbəri, aparıcı-prodüser Acun İlıcalı "O səs Türkiyə"ni təqlid edən uşaqları tapıb.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, Diyarbakırda Bağlar İlçə Milli Təhsil İdarəsi ilə əlaqə saxlayaraq sosial şəbəkə fenomenlərini tapıb. 

50 nəfər şagird və 10 müəllim bu gün təyyarə ilə İstanbula gələcək, iki günlük şəhəri gəzəcəklər. Həmçinin, qəhrəmanlar qonaq kimi  "O səs Türkiyə"yə qatılacaq, münsiflərlə tanış olacaqlar. 

Uşaqlardan 16 yaşlı İsmayıl Ceylan dəvətlə bağlı mətbuata açıqlama verib. O, bildirib ki, müsabiqənin daimi izləyicisidir: