Məhkəmə quldur dəstəsinə 39 il cəza verdi


Kriminal 31 Okt 2018 18:34:00 346 0

Məhkəmə quldur dəstəsinə 39 il cəza verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elçin Aslanov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Kamal Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Aslanov 11 il, S.Şəfiyev 9 il, K.Fərhadov 10 il, R.Quliyev isə 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, Elçin Aslanov 2017-ci il mayın 13-də Səyavuş Şəfiyevlə birlikdə Qəbələ rayonunda yaşayan Çiçək Məmmədovanın evinə daxil olaraq oradan 3 min manatlıq qızıl üzük və boyunbağı götürüblər.