“Azərbaycanın intellektual birincisi” layihəsinin qalibləri müəyyənləşdi


Digərləri 31 Okt 2018 18:29:00 290 0

“Azərbaycanın intellektual birincisi” layihəsinin qalibləri müəyyənləşdi

Üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin şimal bölgəsi üzrə qalibləri müəyyələşib.

Son.az xəbər verir ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi" layihəsi həyata keçirilir.

28.10.18 tarixində "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin şimal bölgəsi üzrə zona turniri keçirilib.  Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Möhbalayev, "İrəli" İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı çıxış edib və layihə iştirakçılarına uğurlar arzulayıblar.

Rəsmi hissə bitdikdən sonra Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba-Xaçmaz zona turniri baş tutub.

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə "Nə? Harada? Nə zaman?", "Vətəni tanı" intellektual oyunlarında Şabran, "Axtar tap" intellektual oyununda Xaçmaz, "Xəmsə" intellektual oyununda Quba rayonunun gənc intellektualları qalib olublar.


Xəbərə aid fotolar