Penitensiar Xidmətin keçmiş əməkdaşının məhkəməsi başladı


Digərləri 31 Okt 2018 17:48:00 262 0

Penitensiar Xidmətin keçmiş əməkdaşının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətləb İlyasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

M.İlyasov özünü təqsirli bilməyib. O heç kimə qarşı dələduzluq etmədiyini bildirib.

Məhkəmə noyabrın 7-də davam etdiriləcək.

İttihama görə, M.İlyasov bir neçə şəxsi işə düzəldəcəyi və onların yaxın qohumlarını həbsdən azad edəcəyi vədi ilə aldadıb.