20 yaşlı milyonçu Bakıda necə "ayıq sürücü" oldu


Digərləri 31 Okt 2018 17:40:00 253 0

20 yaşlı milyonçu Bakıda necə "ayıq sürücü" oldu

Qonaqlıqda, evdən kənarda, sevgilisi ilə restoranda və ya dostları ilə barda spirtli içki qəbul etdikdən sonra, hər bir sürücü evə salamat getmək üçün ən azı bir dəfə "ayıq sürücü" xidmətindən istifadə edib. 

Uşaqlıqdan arzulanan işlərdən olmasa da, bu gün əlçatan işlərdən biri də "ayıq sürücü"lükdür. 

Bu xidmətlərin ofisində sizdən yalnız sürücülük vəsiqəsi tələb olunur. Əvvəllər məhkum olmağınız belə yoxlanılmır. 

Son.az oxu.az-ın yazısını təqdim edir:

Ancaq bizim hekayəmiz bununla bağlı deyil...

Hekayəmizin tarixi 2005-ci ilə gedib çıxır. Həmin vaxt 20 yaşlı Bəhruz adlı oğlan Azərbaycanın nüfuzlu banklarından birində kassir vəzifəsinə düzəlir. 

Bir müddət sonra o, istedadı sayəsində həmin bankın baş kassiri olur. 

Təsəvvür edin, universiteti yenicə bitirən gənc oğlan qısa müddət sonra ayılıq 2500 manat əmək haqqı almağa başlayır.

"Hamı ailədə xoşbəxt idi. Hamı dedikdə anam və bacımı nəzərdə tuturam. Onlar həmişə inanırdılar ki, mən həyatda nəyəsə nail olacam, çünki ətrafdakılar mənim istedadımı bilirdilər. Mən pul yığmağa başladım. Maşın aldım, evi təmir etdirdim, "Sədərək" və "Binə"də özümə kiçik biznes qurdum. Hər şey əla gedirdi", - Bəhruz saytımızın əməkdaşı ilə söhbətində deyir. 

Pullar gənc ambisiyalı oğlanı maqnit kimi özünə çəkirdi. O, ilk baxışdan ən gəlirsiz sayılan biznesə maliyyə ayırdı, ancaq bir müddət sonra bu biznes populyarlıq qazandı və 23 yaşlı gənc daha çox pul qazanmağa başladı.

"Mən artıq həmyaşıdlarımla dostluq edə bilmirdim. Bizim həyata baxışımız tamamilə fərqli idi. Onlar "PES" və ya "FİFA" oynayırdılar, mən isə iş görüşləri keçirirdim. Elə vaxt gəldi ki, mənə filial rəhbərliyi işi tapşırıldı. O zaman bankın ən gənc üzvü məndən bir neçə yaş böyük idi", - Bəhruz danışır.

Artıq Bəhruzun hesabında 7 sıfırlı məbləğ var idi. Bu dövrdə onun həyatına "sevgi" daxil olub. 

Gözəl qız qısa zamanda oğlanın ağlını başından almağı bacarır. 

"Biz görüşməyə başladıq. O, paytaxtın elit restoranlarında vaxt keçirməyi sevirdi. Mən hətta onun həyatıma girməsinə qədər Bakıda belə gözəl yerlərin olduğunu bilmirdim. İlk vaxtlar mən iş bitən kimi onunla kluba gedirdim və gecə saatlarınadək vaxtımı orada keçirirdim. Bu, mənim xoşuma gəlirdi. Özümü kral kimi hiss edirdim. Pullar mənim yeni dostlarımın ən çətin problemlərini həll edirdi", - Bəhruz bildirib.