“Milan Qattuzoya tam güvənir”


İdman 31 Okt 2018 17:17:00 244 0

“Milan Qattuzoya tam güvənir”

 “ Milan kimi klubun əsas məqsədi Çempionlar liqasına qayıtmaq olmalıdır. Hesab edirəm ki, məqsədə çatmaq üçün bütün imkanlarımız var. Yubana bilmərik. Tez bir zamanda istəyimizə çatmalıyıq. Qattuzonun istefaya ğöndəriləcəyi kənardan gələn xəbərdir. Həqiqətə söykənmir. Komandanın daxilində müzakirə olunmur. Buna görə də klub rəsmi təkzib verməyi lazım bilmədi. Milan Qattuzoya tam güvənir”.

Milan-ın idman direktoru Leonardo baş məşqçi Qattuzonun istefası ilə bağlı yayılan məlumata münasibət bildirib. Goal.az xəbər verir ki, idman direktoru klubun məqsədlərinə də toxunub: