Rusiya Ermənistan da daxil olmaqla bu ölkələrdən məhsul idxalını dayandırdı


Dünya 31 Okt 2018 17:08:00 284 0

Rusiya Ermənistan da daxil olmaqla bu ölkələrdən məhsul idxalını dayandırdı

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti bir sıra ölkələrdən məhsul idxalına məhdudiyyətlər tətbiq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Almaniya və Koreyadan heyvan yemlərinin, Ermənistanın "Fud Eks" şirkətinin farel məhsulunun idxalını qeyri-müəyyən müddətə dayandırıb.

Qeyd olunur ki, həmin məhsullar Rusiyanın baytarlıq-sanitar tələblərini pozur.