Ağır xəstəliyə qalib gələn ən məşhur 3 futbolçu


İdman 31 Okt 2018 16:38:00 228 0

Ağır xəstəliyə qalib gələn ən məşhur 3 futbolçu

Futbol dünyanın ən maraqlı idman növü olmaqla yanaşı, həmçinin zədələnmək ehtimalı yüksək olan idman növlərindən biridir.

Goal.az sizə ağır zədələrdən və ağır xəstəliklərdən qurtulub yaşıl meydanlara qayıdan ən məşhur 3 futbolçunu təqdim edir:

Antonio Kassano

2001-ci ildə Bari klubunda ki inamlı çıxışından sonra bütün diqqətləri üzərinə çəkməyə bacaran gənc Kassano növbəti mövsüm paytaxtın Roma klubuna keçir. Roma-da 5 mövsüm keçirtdikdən sonra Real Madrid-ə yollanan Antonio burada məşqçilərlə yola getmədiyi üçün Sampdoria-ya, daha sonra isə Milan-a keçir. 2011-ci ildə Kassanonun ürəyində problemlər aşkarlanır və ona ölüm diaqnozu qoyulur. 6 aylıq müalicədən sonra Kassano sağalaraq yenidən yaşıl meydanlara dönməyi bacarır. Antonio 2017-ci ildə karyerasını bitirdiyi açıqlayıb.

Erik Abidal

Barcelona-nın heyətində tanınan Erik Abidal 2011-ci ildə qaraciyər xərçəngi diaqnozu qoyuldu. Həkimlər xərçəngi vaxtında aşkar etdiyindən Abidal bir neçə aya sağalaraq 2011-ci ildə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırır. Lakin sağaldıqdan sonra Abidal yenidən xəstələnir və ona donor tələb olunur. İlk könüllü onun komanda yoldaşı Dani Alveş olsa da sonra donor kimi Abidalın qardaşı seçilir. Tam sağalandan sonra Abidal Monaco-ya keçmişdi.

Tyaqo Silva

2005-ci ildə Moskva Dinamo-suna keçən braziliyalı gənc Silvada tibbi yoxlanışından sonra tüberkülöz xəstəliyi tapılır. Dinamo-nun baş həkimi Yuri Vasilkov onu sağaltmağa köməklik edib. Tyaqo Silva Dinamo-da 1 oyun belə keçirtmədən Braziliyaya qayıdır. Braziliyada Fluminense-də iki mövsüm keçirdikdən sonra Tyaqo Milan-a transfer olunur.