Toppuş bacını yıxıbsürüyən Mirkamil hər şeyi açdı: “Narkomanlıqdan tutmuş...”


Şou-biznes 31 Okt 2018 16:48:00 380 0

Toppuş bacını yıxıbsürüyən Mirkamil hər şeyi açdı: “Narkomanlıqdan tutmuş...”

Xəbər verdiyimiz kimi, müğənni Mirkamil Kamilov xərçəng xəstəliyindən əziyyət çəkən Tünzalə Əliyeva haqqında kəskin ittihamlar bildirmişdi. Buna səbəb isə aktrisanın mədə kiçiltmə əməliyyatından əvvəl xərçəng xəstəsi olduğunu bilməsi ilə bağlı yayılan məlumatlar olub.

Son.az publika-ya istinadən xəbər verir ki, müğənni instaqram səhifəsində buna aydınlıq gətirib. Yazdığı sözlərə görə sonradan üzr istəyən müğənni Əməkdar artist Tünzalə Əliyeva ilə danışıb məsələyə aydınlıq gətirdiyini deyib:

"Bacımla danışdım, özü bu işə aydınlıq gətirdi. Sadəcə bəzi saytlara demək istəyirəm ki, Tünzalə bacının ailəsinin xoşbəxtliyini istəyirsinizsə, onun xəbərlərinə dualı başlıqlar qoyub, reytinq naminə əsəbləri ilə oynamayın. Onun yoldaşı da bilsin ki, bacımın mənim kimi qardaşı var və onu son nəfəsinə qədər tək buraxmasın. Tək niyyətim bu idi".

İfaçı daha sonra sosial şəbəkədə ünvanına deyilən tənqidlərə cavab verib:

"Allahım, qaçan başıma şəfa ver. Amin İnşallah! Dəli olum dərdimə yansınlar, mənə nifrət edənləri Allah xoşbəxt eləsin. Mən heç kiməm, toz-torpağam. Bir də məni qalmaqallı mövzularda görməyəcəksiniz. Azərbaycan qanunvericiliyini qaçan başımla az da olsa, oxumuşam və hamıya məsləhət görürəm ki, oxusun".

Dünən isə Mirkamil "Bizimləsən" verilişinə zəng edərək sosial şəbəkədəki sözləri özü yazdığını etiraf edib:

"Hamı bu xanımın üstünə düşüb. Onu verilişə çağırdınız, hamı dəstək oldu, bunu alqışlayıram. Mənim imkanım olmadı yardım edim. Dedim ki, toylarım başlasın, mən də ona yardım edəcəyəm.