"Ermənistan dünyanın ən islamofob ölkəsidir" Pew Research Center


Dünya 31 Okt 2018 16:32:00 240 0

"Ermənistan dünyanın ən islamofob ölkəsidir"  Pew Research Center

Avropa dini azlıqlar, homoseksual nikah və abort kimi ictimai məsələlərə münasibətdə iki hissəyə bölünür.

"Pew" Araşdırma Mərkəzinin son hesabatına əsasən, Mərkəzi və Şərqi Avropa ölkələri müsəlmanları, yəhudiləri, homoseksual nikahı və abortu Qərb Avropa ölkələrinə nisbət daha az qəbul edir.

Son.az salamnews-a istinadən xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən təşkilat 2015-ci ildən 2017-ci ilə qədər 34 Avropa ölkəsində 56 min insanla apardığı sorğunun nəticələrini açıqlayıb.

Orta və Şərqi Avropa ölkələrində az sayda insan "Müsəlmanı ailənizə qəbul edərsiniz?" sualına müsbət cavab versə də, Qərbi Avropa ölkələrində bu rəqəm 50 faizdən çoxluq təşkil edib.

Eyni vəziyyət "Yəhudini ailənizə qəbul edirsiniz?" sualına da aiddir.