Penitensiar Xidmətin dələduzluqda təqsirləndirilən keçmiş əməkdaşının məhkəməsi başladı


Digərləri 31 Okt 2018 16:13:00 216 0

Penitensiar Xidmətin dələduzluqda təqsirləndirilən keçmiş əməkdaşının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətləb İlyasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətləb İlyasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlunatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. M.İlyasov özünü təqsirli bilməyib. O heç kimə qarşı dələduzluq etmədiyini bildirib. Məhkəmə noyabrın 7-də davam etdiriləcək.