AMEA-nın Hərbi Akademiya ilə birgə hazırladığı hərbi təyinatlı cihazlara baxış keçirilib


Digərləri 31 Okt 2018 16:18:34 276 0

AMEA-nın Hərbi Akademiya ilə birgə hazırladığı hərbi təyinatlı cihazlara baxış keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birgə hazırladıqları hərbi təyinatlı cihazlara baxış zamanı onların yüksək texniki göstəricilərə malik olduğu müşahidə edilib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birgə hazırladığı hərbi təyinatlı cihazlara baxış zamanı onların yüksək texniki göstəricilərə malik olduğu müşahidə edilib. Akademiyadan Trend-ə verilən məlumata görə, Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimi izləyiblər. Hərbi təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının Strateji Elmi-Tədqiqat Mərkəzinin alim və əməkdaşları da iştirak ediblər.