“Bu damğanın altından necə çıxacağam?”


Şou-biznes 31 Okt 2018 16:05:00 235 0

“Bu damğanın altından necə çıxacağam?”

İnsan alverində təqsirləndirilən və ötən gün həbs olunan tanınmış prodüser Təranə Səmədovanın bir neçə ay bundan əvvəl verdiyi müsahibə ortaya çıxıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ilk dəfə CVN TV-yə müsahibəsində adının qadın alverində hallanmasına münasibət bildirib:

"Bu barədə heç vaxt danışmamışam, zaman hər şeyin dərmanıdır. Tənha anayam, qız övladı böyüdürüm. Heç vaxt sınmamışam, ağlamamışam. Mətbuatda xəbərləri oxuyanda çökdüm. Anam gəlib çiynimdən tutub dedi ki, sən nələrin öhdəsindən gəlmisən. Söyədim ki, mən bu damğanın altından necə çıxacam? Anam cavab verdi ki, sən möhkəm olmusan, yenə belə qalacaqsan. Bu, damğa deyil, həyatın sınağıdır. Sevinənlər bu işlə məşğul olanlardır ki, tək bizim yox, Təranənin də adı belə şeylərdə hallanır".