Gürcüstanda erməni deputatın toxunulmazlığının ləğvi tələb olunur


Dünya 31 Okt 2018 16:08:00 271 0

Gürcüstanda erməni deputatın toxunulmazlığının ləğvi tələb olunur

Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadzenin seçki qərargahı erməni əsilli deputat Enzel Mkoyanın toxunulmazlığının ləğv olunmasını tələb edir.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "Güc birlikdədir" siyasi birliyinin nümayəndəsi Giorgi Vaşadze bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ötən gün gecə saatlarında Axalkalaki şəhərində baş vermiş insidentə polis tərəfindən adekvat reaksiya verilməyib: "Axalkalakidəki ofisimizə Gürcü Arzusu Partiyasının üzvü Enzel Mkoyanın adamları soxularaq tərəfdaşlarımızı döyüblər. Həmin adamlar odlu silah və dəyənəklərlə olublar. Enzel Mkoyanın deputat toxunulmazlığı dayandırılmalı və o, mütəşəkkil cinayətkar qrupun başçısı kimi istintaqa cəlb olunmalıdır".

G.Vaşadze deyib ki, birləşmiş müxalifət seçki öncəsi insidentlərin araşdırılması üçün alternativ istintaq qrupu yaradır.