İstintaq Komitəsi: Rusiyada FTX-nin binasındakı partlayış teraktdır, terrorçu yeniyetmə olub


Digərləri 31 Okt 2018 15:53:00 223 0

İstintaq Komitəsi: Rusiyada FTX-nin binasındakı partlayış teraktdır, terrorçu yeniyetmə olub

Partlayıcı qurğunu binaya yeniyetmə gətirib və onu işə salaraq həlak olub.

Bakı. Rusiya Federasiyasının İstintaq Komitəsi Arxangelskdə Federal Təhlükəsizlik Xidmətinin (FTX) regional idarəsinin binasında baş vermiş partlayışı terror aktı kimi qiymətləndirib. Trend-in məlumatına görə, faktla bağlı RF Cinayə Məcəlləsinin 205 ("Terror aktı") və 222-ci ("Döyüş sursatlarının qanunsuz daşınması") maddələri ilə cinayət işi başlanıb.