Xaricdə uşaqlarının göbək ciyəsi qanını saxlatdıran azərbaycanlılar da var - Məqsəd nədir?


Digərləri 31 Okt 2018 15:26:47 324 0

Xaricdə uşaqlarının göbək ciyəsi qanını saxlatdıran azərbaycanlılar da var - Məqsəd nədir?

İranın Royan Ana Hüceyrələri Texnologiyası Şirkətinin şöbə müdiri Əşkan Mozdgir bu yaxınlarda verdiyi açıqlamasında mərkəzdəki 102 min göbək ciyəsi qanının sahibi arasında Azərbaycan vətəndaşlarının da olduğunu söyləyib.

Bakı. İlhamə İsabalayeva - İranın "Royan" Ana Hüceyrələri Texnologiyası Şirkətinin şöbə müdiri Əşkan Mozdgir bu yaxınlarda verdiyi açıqlamasında mərkəzdəki 102 min göbək ciyəsi qanının sahibi arasında Azərbaycan vətəndaşlarının da olduğunu söyləyib. Trend-in məlumatına görə, Ə.Mozdgir bildirib ki, mərkəzdə saxlanılan göbək ciyəsi qan ehtiyatının təxminən 1%-ə yaxını xaricdə yaşayan İran vətəndaşları, Kanada, Böyük Britaniya, Türkiyə, İraq, eləcə də Azərbaycan vətəndaşlarına məxsusdur. Onun sözlərinə görə, göbək ciyəsi qanının saxlanması yerli vətəndaşlar üçün təxminən 761, xaricilər üçün isə 1700 dollara başa gəlir. Göbək ciyəsi qanı 80-ə yaxın xəstəliyin, o cümlədən qan və əsəb xəstəliklərinin müalicəsində istifadə olunur. Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Trend-ə bildirib ki, institutda kök hüceyrələrin, o cümlədən göbək ciyəsi qanının saxlanılması üçün şərait yoxdur. Z.Əlimirzəyeva bir çox xəstəliklər zamanı insanın kök hüceyrələrinin özünə köçürüldüyünü söyləyib: