Havaya tüstü atan zavod cərimələndi


Digərləri 31 Okt 2018 15:14:27 267 0

Havaya tüstü atan zavod cərimələndi

Havaya tüstü atan zavod cərimələndi.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı-Salyan avtomobil magistral yolunun kənarında fəaliyyət göstərən kərpic zavodundan havaya qara tüstü atılması ilə bağlı şikayət daxil olub. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən sözügedən ərazidə fəaliyyət göstərən kərpic istehsalı zavodunun ətraf ərazilərində araşdırma və monitorinq aparılıb.