Bakı-Sumqayıt-Bakı elektrik qatarları daha 2 gün başqa qrafiklə hərəkət edəcək


Digərləri 31 Okt 2018 14:44:00 262 0

Bakı-Sumqayıt-Bakı elektrik qatarları daha 2 gün başqa qrafiklə hərəkət edəcək

"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərə müraciət edib

Bakı. "Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərə müraciət edib. QSC-dən Trend-ə verilən məlumata görə, Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işlərinin başa çatmaması ilə əlaqədar olaraq, 19.10.2018-ci ildə verilmiş “Texniki fasilə”nin müddəti 02.11.2018-ci il saat 00-00-dək uzadılır.