MTN generallarının məhkəmə tərkibinə etirazı rədd edildi


Digərləri 31 Okt 2018 14:36:28 250 0

MTN generallarının məhkəmə tərkibinə etirazı rədd edildi

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Bakı. Samir Əli - Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə S.Qurbanovun vəkili Adil İsmayılovun məhkəmə tərkibinə etirazı barədə qərar elan olunub. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra vəkil İqbal Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilməsini tələb edib və təqsirləndirilən şəxslərin şəxsi işlərinin alınmasını istəyib. Vəsatətlər təmin olunmayıb.