“Bütün özəl universitetləri bağlamaq lazımdır!”


Digərləri 31 Okt 2018 14:25:00 372 0

“Bütün özəl universitetləri bağlamaq lazımdır!”

Sovet dövründən qalma köhnə stereotiplərlə maariflənən pedaqoqlar bu gün də həmin stereotipləri poza bilmirlər. Kütləvi surətdə, internet vasitəsi ilə Avropadan inteqrasiya edən, bizə yabançı olan elm və təhsillə qarışırıq. Uşaqlar çaşıb qalıblar. Onlar bilmirlər ki, üzlərini hansı qibləyə tutub "ibadət etsinlər".

Son.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında tanınmış rejissor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudov deyib.

"Təhsil resepeti" rubrikasının budəfəki həmsöhbəti olan rejissor Azərbaycan təhsil sistemindəki çatışmazlıqlar haqqında danışarkən xalqımızın bugünəcən imza atdığı əsas uğurları da vurğulayıb. Onun sözlərinə görə, dünyada  ilk sivilizasiyanı, mədəniyyəti bizim xalq formalaşdırıb. İllər əvvəl bir misrada deyilənlər də bunu təsdiq edir:

"Gedin bütün dünyanı axtarın, görün, hansı xalqın dahi şəxsiyyəti Nizami Gəncəvinin dediyi iki misra səviyyəsində bir söz deyib?!

O, hələ o vaxt deyirdi ki:

"Qüdrət elmdədir, başqa cür heç kəs  heç kəsə üstünlük eyləyə bilməz!

Qədim Şumerlər 5-7 min il əvvəl bir dil bilənə bir, iki elmi olub, iki dil bilənə isə iki şəxs kimi baxırdılar. Belə dəyərləri olan, öz mədəniyyəti, elm və sənətinə qiymət verən xalq həmişə təhsili diqqətdə saxlayır.

Amma məni narahat edən bəzi məsələlər var və bir az onlardan danışaq...

"Uşaqlarımızı ağır informasiya, kitablarla yükləyirik, hamısının onurğası əyridir"

Rejissor qeyd edib ki, bizdə bütün dünyaya yetəcək qədər ədəbi, mədəni, tarixi materiallar var, lakin.... Gerisini özündən eşidək:

- Bilməmək, savadsızlıqdan, bəlkə də maarifçi olmamağımız səbəbindən, onları yaxşı tədqiq etmirik. Onları kənara qoyub daha ucuz və yüngül şeylərə gedirik. Burada bəzən, şəxsi münasibətlər də rol oynayır. Bununla o möhtəşəm xətti qırıb cılızlaşdırırıq. Bu qədər dəyərləri formalaşdırıb təbliğ edən xalqın bəzi şəxsi münasibətlərdən irəli gələn cılız məsələlərə nə ehtiyacı var?!  Uşaqlarımızı ağır informasiya, kitablarla yükləyirik. Hamısının onurğası əyridir.

Təəssüf ki, əksər müəllimlər soy-kökümüzdən, dəyərlərimizdən xəbərsizdirlər. Elə əvvəllər oxuduqları, Sovet sistemindən gələn təhsilləri ilə bu gün də işləyirlər.

Dünyanın 7 səsi deyilən not sistemi var. Bütün dünya klassika və  musiqisi bunun üzərində formalaşıb. Dünya bilmir ki, bunu icad edən 1000 il əvvəl bizim babalarımız olub. Bu işin başında Şeyx Səfiyyəddin Urməvi durub. Ondan sonra Əbdülqadir Marağayi notları oraya əlavə edib. Musiqi, mənəviyyat tariximizlə bağlı bu faktlar niyə dərsliklərə salınmır?!

Şifahi xalq yaradıcılığı, musiqimiz var. Təəssüf ki, Sovet dövründən qalma köhnə stereotiplərlə maariflənmiş pedaqoqlar bu gün də həmin stereotipləri poza bilmirlər. Kütləvi surətdə, internet vasitəsi ilə Avropadan inteqrasiya edən, bizə yabançı olan elm və təhsillə qarışırıq. Uşaqlar çaşıb qalıblar. Onlar bilmirlər ki, üzlərini hansı qibləyə tutub "ibadət etsinlər". Bunlara işi bilən adamlar nəzarətə etməlidirlər.

"Şeyxanə təklif"

Ə.Mahmudovun fikrincə, ağsaqqallardan, elm sənət, mədəniyyət xadimlərindən ibarət məsləhət şurası yaradılmalıdır. İcmai qınaq olmalı, dərsliyə düşən hər mövzu mütləq böyük müzakirədən keçdikdən sonra çap olunmalıdır:

"Biz kənardan gələn bahalı maşın, dəbdəbəli həyat tərzindən imtina etmirik. Bu, belə olmamalıdır, dünya mədəniyyətinə açıq olmalıyıq. Amma öz soy-kökümüzü gözləyib orta hədd tapmaq şərti ilə! Ən qəbul olunan variantı tapmalıyıq. Bəzi dəyərlər bizim ruhumuza, soy kökümüzə uyğunlaşdırılmalıdır".

"Tanış-bilişin mənasız kitabını nə qədər almaq olar?!"

Təhsildə keçmiş milli dəyərləri üstün tutan rejissor kurikulum üsulunu dünya təcrübəsi ilə müqayisə edib:

- Bizimkilər guya xaricdən  nümunə götürürlər. Axı, 5 yaşlı uşaq nə dərs oxuya bilər?!  Bu, onun  fiziki, əqli şüuru baxımından mümkün deyil! Mən yapon təcrübəsini misal gətirmək istəyirəm. Orada da şagirdləri məktəbə 5 yaşından qəbul edirlər. Amma onları dərsə deyil, məktəbə qəbul edirlər. Məktəbdə böyük kompüter sistemi yaradırlar. Orada mütəxəssislər hər sinfi bir sahə üzrə dizayn edirlər. Birini dülgər, birini qrafika, kompüter, birini mexanika işləri və s. kimi uyğunlaşdırırlar. Hər gün uşaqları ora gətirir, onlara nəzarət edirlər. Onları 5-6 ay nəzarətdə saxlamaqla hansı sahəyə can atdığını, istəyinin hara olduğunu müəyyənləşdirirlər. Məktəb yaşı çatanda uşağı həmin sahə üzrə məktəbə qəbul edir, dərs keçirlər.

Niyə biz kurikulumu tətbiq edirik bunu isə yox! 5 yaşlı uşağı çanta yükləyirik. Valideynləri də şikəst olub, özləri də... Nə qədər tanış-bilişin kitabını almaq olar?! Mənasız kitablardır. Mənim evimdə onlardan bir "meşok" var. Kimə lazımdır axı?!  Dünya təcrübəsində orijinal, öyrəniləsi şeylər var. Biz onları kənara qoyub, sol qulağımızı başımızın üstündən sağ əlimizlə tuturuq. Dünyanın ən dəhşətli silah, siyasət, ideologiyasından da vacib, əlamətdar şey bizim təhsilimizdir!

Daha bir narazılıq