Dünya çempionatında 48 komanda iştirak edəcək


İdman 31 Okt 2018 11:53:00 199 0

Dünya çempionatında 48 komanda iştirak edəcək

FİFA prezidenti Canni İnfantino dünya çempionatında iştirakçı komandaların sayının artırılacağını bildirib.

Goal.az xəbər verir ki, beynəlxalq qurum yeni qaydanın DÇ-2022-də tətbiqi məsələsini müzakirə edir. “Mundialın final mərhələsində iştirakçıların sayını 32-dən 48-ə qaldırmaq barədə qərar qəbul olunub. Yeni qayda 2026- cı ilin mundialında qüvvəyə minəcək. Lakin 2022-də Qətərdə keçiriləcək dünya çempionatında tətbiq edilməsi də mümkündür. Hazırda bu variant müzakirə edilir. Qətər hökuməti ilə söhbətlər aparmağı planlaşdırırıq. Ümid edirəm ki, ideyamız həyata keçəcək”, -İnfantino bildirib.

Xatırladaq ki, mundialın indiki format - 32 komandanın iştirakı 1998-ci ildə qəbul olunub.