Builki 1ci siniflər üçün kiçik summativlər keçirilməlidir?


Digərləri 31 Okt 2018 13:42:12 380 0

Builki 1ci siniflər üçün kiçik summativlər keçirilməlidir?

Məktəbdaxili qiymətləndirmənin yeni qaydaları təsdiqlənmədiyindən, 1-ci sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmələr (KSQ) keçirilməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmənin yeni qaydaları artıq Təhsil Nazirliyinin kollegiya tərəfindən təsdiqlənib. Hazırda sənəd Ədliyyə Nazirliyi ilə razılaşdırma mərhələsindədir.