"Gecə 3də gəlirdim, çox yorulmuşdum"


Şou-biznes 31 Okt 2018 13:31:00 401 0

"Gecə 3də gəlirdim, çox yorulmuşdum"

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı müğənni Aynur Dadaşova olub.  Son.az bildirir ki, ifaçı, 7 il efirlərdən uzaq olma səbəbindən danışıb:  "Bir gün Masallıdan toydan gecə gəldim. Oğlum o zaman balaca idi, 4 yaşı olardı. Səhər uşağın mənə bir baxışı oldu... Dedi ki, "Ana getmə də...". Dedim ya evdə xətrinə dəyən var, ya darıxır, ya da uşağa mənim kimi baxmırlar. Ananın  ürəyinə yüz fikir gəlir axı. Öz anama qıymamışam. Köməkçim olub və uşağıma da o baxıb. Sözün düzü, çox yorulmuşdum. Gecə saat 3-də toydan gəl, başqa ölkəyə konsertlərə get və s. bunlar məni yorurdu. İndi həmin yorğunluq yenə də var".    

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto