“Şərqin musiqi paytaxtına səyahət” adlı mədəni marşrut layihəsi hazırlanıb (FOTO)


Digərləri 31 Okt 2018 13:24:05 311 0

“Şərqin musiqi paytaxtına səyahət” adlı mədəni marşrut layihəsi hazırlanıb (FOTO)

Mədəniyyət Nazirliyi Azərbaycanın zəngin mədəniyyətinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq quraraq müxtəlif layihələr həyata keçirməkdədir.

Bakı. Mədəniyyət Nazirliyi Azərbaycanın zəngin mədəniyyətinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq quraraq müxtəlif layihələr həyata keçirməkdədir. Xüsusən mədəni marşrutların yaradılması və inkişafı ilə bağlı yeni layihələr işlənilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu işlərin davamı olaraq, Azərbaycanın musiqi mədəniyyətinin təbliğ edilməsi, mədəniyyət obyektlərinə marağın daha da artırılması məqsədilə “Şərqin musiqi paytaxtına səyahət” adlı mədəni marşrut layihəsi hazırlanıb. Marşrutun proqramına Azərbaycanın görkəmli musiqi xadimlərinin ev-muzeyləri, abidələri, teatr və konsert müəssisələri, nümayiş obyektləri, musiqi xadimləri haqqında qısa məlumatlar və fotolar əlavə edilmişdir. “Şərqin musiqi paytaxtına səyahət” mədəni marşrutunun proqramı 4 günlük nəzərdə tutulub, lakin gələcəkdə turizm şirkətləri tərəfindən proqram qonaqların istəyinə əsasən uyğunlaşdırıla bilər.