300dən çox şəhid ailəsinin sənədləri göndərildi


Digərləri 31 Okt 2018 13:01:00 249 0

300dən çox şəhid ailəsinin sənədləri göndərildi

300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinin sənədləri notarial qaydada qəbul olunaraq ödəniş aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Son.az nazirliyə istinadən xəbər verir ki, artıq hərbi qulluqçuların vərəsələrindən 96 faizi birdəfəlik ödəməni almaq hüququnun olduğunu öyrənib.

İlin sonuna qədər nazirlik tərəfindən həmin ödəmələrin vətəndaşların təqdim etdikləri bank hesablarına köçürülməsinə başlanacaq.