Qazaxda iki “VAZ” toqquşub, ölən var


Digərləri 31 Okt 2018 13:08:24 254 0

Qazaxda iki “VAZ” toqquşub, ölən var

Qazax rayonunun Daş Salahlı kəndi ərazisində iki “VAZ” markalı avtomobil toqquşub

Bakı. Qazax rayonunun Daş Salahlı kəndi ərazisində iki “VAZ” markalı avtomobil toqquşub. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 30-da saat 11 radələrində Qazax rayonunun Daş Salahlı kəndi ərazisində rayon sakinləri Hidayət Osmanovun və İsrayıl Rzayevin idarə etdikləri iki “VAZ” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və H.Osmanovun sərnişini olan qızı xəstəxanaya yerləşdirilib, H.Osmanov orada ölüb.