İsveçrənin dövlət katibi Bakı Ali Neft Məktəbində olub


Digərləri 31 Okt 2018 12:50:00 264 0

İsveçrənin dövlət katibi Bakı Ali Neft Məktəbində olub

Bakı Ali Neft Məktəbində (BANM) İsveçrə Konfederasiyasının Təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell'Ambrocio ilə görüş keçirilib.

Son.az xəbər verir ki, görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov, İsveçrənin Təhsil, araşdırma və innovasiya üzrə dövlət katibliyinin elmi məsələr üzrə müşaviri Filip Rosli, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova, İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Filip Ştalder, Cenevrə Universitetinin Beynəlxalq əlaqələr üzrə icraçl direktorunun müavini, professor Aleksandr Hedcazi, ABB şirkətinin ölkə üzrə direktoru Rüstəm Qasımov, eyni zamanda BANM-ın məsul əməkdaşları iştirak Qonaqları BANM-da salamlayan rektor Elmar Qasımov, onlara Ali Məktəb haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, bu il Ali Məktəb öz rekordları ilə daha çox seçilib. Belə ki, I ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentərin hamısı BANM-ı seçib.

Eləcə də Prezident təqaüdünə layiq görülmüş 26 tələbənin hamısı BANM-ın tələbələridir. Hər iki göstərici Ali Məktəbi ölkə universitetləri arasında lider edib. Elmar Qasımov, həmçinin qeyd edib ki, BANM-da təhsilin ingilis dilində olması onun məzunlarının transmilli şirkətlərdə çalışmasını və xarici universitetlərdə təhsil almasını daha da asanlaşdırır.