La Liqa prezidenti: “PSG kimi klublar Avropada peşəkar futbolun sabitliyini təhlükəyə atır”


İdman 31 Okt 2018 12:52:00 276 0

La Liqa prezidenti: “PSG kimi klublar Avropada peşəkar futbolun sabitliyini təhlükəyə atır”

La Liqa prezidenti Xavyer Tebas hesab edir ki, maliyə məsələsində feyr-pley qaydalarını pozan PSG Çempionlar liqasından uzaqlaşdırılmalıdır.

Goal.az Tebasın müsahibəsini təqdim edir.

– PSG söhbətini qaldırmağı sizdən Real və Barcelona istəyib?

- Yox, heç bir komanda məndən bu barədə xahiş etməyib. Biz düşünürük ki, PSG UEFA-nın maliyə üzrə feyr-pley qaydalarını pozur. Parislilər sponsorlarını çox şişirdir. Bu məsələni qaldıracağımızı deyəndə Neymarın transferini nəzərdə tutmadığımızı bildirdik. Təşəbbüs La Liqadan gəlib. Hesab edirik ki, sponsorların pulunun hesabına önə çıxan PSG kimi klublar Avropada peşəkar futbolun sabitliyini təhlükəyə atır.

- Dedikləriniz ağır ittiham deyil ki?

- Mən həqiqəti deyirəm. PSG ilə ynaşı, Manchester City klubu da qaydalara uyğun addım atmır. Belə klubların transferlərə külli miqdarda pul ayırması transfer bazarına öz təsirini göstərir. Futbolçu almaq istəyən başqa komandalar vəsait axtarmaq məcburiyyətində qalır.

- PSG-nin ÇL-dən çıxarılacağına inanırsınız?

-Hər şey UEFA-nın qaydalarına cvab verməlıdir. Bu təşkilat istəsə, Paris klubu uzaqlaşdırılıcaq. Hər bir klub transferlərə qoyulan maliyə məhdudiyyətə əməl etməyə borcludur. Qaydanı pozan cəzalandırılmalıdır. La Liqa təşəbbüslə çıxış edib. Son qərarı isə UEFA verəcək