“İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Hackathon”un qalibləri bəlli oldu


Digərləri 31 Okt 2018 12:48:33 258 0

“İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Hackathon”un qalibləri bəlli oldu

Ölkəmizdə 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiya həftəsi” çərçivəsində təşkil olunan “Hackathon-AzIn 2018” müsabiqəsinin qalibləri müəyyənləşib.

Bakı. Ölkəmizdə 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiya həftəsi” çərçivəsində təşkil olunan “Hackathon-AzIn 2018” müsabiqəsinin qalibləri müəyyənləşib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, “AzInTelecom” MMC-nin 29-30 oktyabr tarixlərində təşkil etdiyi müsabiqənin qalibləri “Dostlar”, “Express” və “Ml learning” komandaları olub. Birinci yerin qalibi “Dostlar” komandasına 5000 AZN, ikinci yerin qalibi “Express” komandasına 3000 AZN, üçüncü yerin qalibi “Ml learning” komandasına isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunub. Eyni zamanda qalib komandalar müsabiqənin sponsorları tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar.