Azərbaycanlı gənc xanımı Niderlandda 1800 nəfər ayaq üstə alqışladı FOTO


Digərləri 31 Okt 2018 12:14:00 308 0

Azərbaycanlı gənc xanımı Niderlandda 1800 nəfər ayaq üstə alqışladı  FOTO

Azərbaycanlı gənc xanım Niderland kraliçası, Twitter-in Co-founder-i və Deloitte şirkətin CEO-su ilə birlikdə çıxış etdi.

Son.az xəbər verir ki, "Sosial məsuliyyət" yalnız gözəl söz birləşməsi deyil. Keçən həftə bir gənc azərbaycanlı xanım öz nümunəsiylə bunu bütün dünyaya göstərdi. 17-20 oktyabr tarixlərində Haaqa şəhərində keçirilən One Young World sammitində çıxış edən WoWoman platformasının təsisçisi Zara Hüseynova sammitin ilk Azərbaycanlı spikeri oldu.

Niderland kraliçası, Nobel mükafatçısı Tawakkol Karman, professor Muhammed Yunus, Twitterin co-founderi, Unilever şirkətin CEO-su Paul Polman, Sir Bob Geldof, Haaqa şəhərin icra başçısı Pauline Krikke, Rossana Burgos (Eh Bee Family lahiyəsi) və bizim Zara 1800-dən çox sammit iştirakçısının qarşısında çıxış edərək sülh və ədalətin qüvvəsi haqqında danışdılar.

Təhsil Panelində ayaqüstə alqışlanan yeganə iştirakçı Zara, Azərbaycan qadınların qarşılaşdığı çətinliklərindən, onların həllindən, cəmiyyətə təsirindən söz etdi və Azərbaycanın şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğuladı. Onun çıxışını burdan izləyə və paylaşa bilərsiniz: https://www.facebook.com/wowoman.org/videos/1852035024909727

/

Xəbərə aid fotolar