Dünyanın ən hündür heykəli Hindistanda ucaldıldı FOTO


Dünya 31 Okt 2018 12:18:00 305 0

Dünyanın ən hündür heykəli Hindistanda ucaldıldı  FOTO

Hindistanın Baş naziri Narendra Modi dünyada ən hündür heykəlin - Hindistan milli azadlıq hərəkatının liderlərindən biri, dövlət xadimi Villabhai Patelin (1875-1950) abidəsinin açılışında iştirak edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Hindistanın şimal-qərbində, Qucarat ştatında açılışı olan heykəl rəsmi olaraq "Birlik abidəsi" adlandırılıb. Heykəlin hündürlüyü 182, postamentlə birlikdə ümumi hündürlüyü isə 240 metr təşkil edir. Bu, Nyu Yorkdakı Azadlıq heykəlindən təqribən 2 dəfə böyükdür. Abidənin müəllifi tanınmış hindistanlı heykəltəraş Ram Vanci Sutardır.

Heykəlin tikintisi 33 ay çəkib. Patelin fiqurunun içində iki sürətli lift quraşdırılıb. 150 m yüksəklikdə isə eyni vaxtda 200 turist qəbul etmək olur. Abidənin ayaq hissəsində siyasətçiyə həsr olunmuş muzey yaradılıb.


Xəbərə aid foto