Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurub


Digərləri 31 Okt 2018 11:55:00 287 0

Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurub

Azər Türk Bankın 30 sentyabr  2018-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə  10%-dək  artaraq  316,8 milyon manat, kredit portfelinin həcmi 40 faiz yüksələrək 163,4 milyon manat təşkil etmişdir. 

Eyni dövrlə müqayisədə Bankın gəlirləri 20 faizə yaxın artaraq 20,4 milyon səviyyəsində olmuşdur. Üçüncü rübün sonuna Bank 119,9 min manat həcmində xalis mənfəət əldə etmişdir. Məcmu kapitalın həcmi 52,4 milyon manat olmuşdur.

Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlıq əmsalı 26,2 %, təşkil edir ki, bu da müəyyən edilmiş normadan təqribən üç dəfəyə yaxın çoxdur.