Nazir yeni Məşğulluq Strategiyasından danışdı


Digərləri 31 Okt 2018 11:54:00 209 0

Nazir yeni Məşğulluq Strategiyasından danışdı

Növbəti dövrlər üçün hansı istiqamətlər üzrə əmək bazarının təşviq edilməli olduğu proqnozlaşdırılmalıdır.

Bakı. İlhamə İsabalayeva - Prezident İlham Əliyevin təsdiqlədiyi "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" çərçivəsində həyata keçiriləcək işlər böyük əhəmiyət kəsb edəcək. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfransda çıxış edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan sürətli inkişaf yolu keçir: "Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilir. Bu müsbət meyillər özü ilə birlikdə çətinliklər də gətirir. Bu gün Azərbaycan əmək bazarına hər il 100 min nəfərə yaxın yeni şəxs daxil olur. Növbəti çətinliklər də bu insan resurslarını əmək bazarının tələbləri ilə uzlaşdırmaqdan ibarətdir. Bu baxımından ölkədə məşğulluq strategiyası baxımından həyata keçirilən işlər böyük əhəmiyət kəsb edəcək".