Nazir: Məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsi var


Digərləri 31 Okt 2018 11:46:00 203 0

Nazir: Məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsi var

Məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsi var.

Bakı. İlhamə İsabalayeva - Məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsi var. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfrans çıxış edərkən deyib. Onun sözlərinə görə, məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsinə malik olmaq o demək deyil ki, onların səriştəsi və bacarığı yoxdur: "Əksinə, bu insanların nəsildən-nəslə ötürülən səriştə və bacarıqları mövcuddur. Lakin onların bacarıqlarının rəsmi təsdiq sənədi yoxdur. Bu baxımdan qeyri-formal və informativ bacarıqlarının tanınması mexanizminin yaradılması böyük əhəmiyyətə malikdir".