Dünyanın ən hündür heykəli Hindistanda ucaldıldı - FOTO


Digərləri 31 Okt 2018 10:51:39 251 0

Dünyanın ən hündür heykəli Hindistanda ucaldıldı - FOTO

Abidənin ayaq hissəsində siyasətçiyə həsr olunmuş muzey yaradılıb.

Bakı. Hindistanın Baş naziri Narendra Modi dünyada ən hündür heykəlin - Hindistan milli azadlıq hərəkatının liderlərindən biri, dövlət xadimi Villabhai Patelin (1875-1950) abidəsinin açılışında iştirak edib. Trend-in məlumatına görə, Hindistanın şimal-qərbində, Qucarat ştatında açılışı olan heykəl rəsmi olaraq "Birlik abidəsi" adlandırılıb. Heykəlin hündürlüyü 182, postamentlə birlikdə ümumi hündürlüyü isə 240 metr təşkil edir. Bu, Nyu Yorkdakı Azadlıq heykəlindən təqribən 2 dəfə böyükdür. Abidənin müəllifi tanınmış hindistanlı heykəltəraş Ram Vanci Sutardır.