Elza: “Mən yaxşının pozğunuyam"


Şou-biznes 31 Okt 2018 09:35:00 199 0

Elza: “Mən yaxşının pozğunuyam"

"Əxlaqi adam" adlı şeirinə görə tənqid olunan əməkdar artist Elza Seyidcahan insanların onun barəsində nə düşündüklərinə əhəmiyyət vermədiyini deyib.

Son.az bildirir ki, yenicag.az-a açıqlama verən sənətçi şeirində müzakirələrə səbəb olan "Mən pozğunam, sən də pozğun ol deyəcək" misrasına da aydınlıq gətirib:

"Qoy nə deyirlər desinlər. Demək ki, şeirlərimi oxuyurlar. Burada nə var ki, tənqid ediləsi? Yaxşının da pozğunu olur, pisin də. Mən yaxşının pozğunuyam. Təki hamı mənim kimi pozğun olsun. Mənim belə mənasız müzakirələrə ayırası vaxtım da yoxdur. Çünki solo-konsertimə hazırlaşıram".