Sunami zamanı təxliyə üçün mobil proqram əlavəsi hazırlanıb


Digərləri 31 Okt 2018 08:33:00 232 0

Sunami zamanı təxliyə üçün mobil proqram əlavəsi hazırlanıb

Yapon proqramçılar əhalinin sıx yaşadığı şəhərlərdə sunami zamanı təxliyəyə kömək məqsədilə smartfonlar üçün xüsusi proqram əlavəsi hazırlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əlavə Tokio yaxınlığındakı Kavasaki şəhərinin köməyi ilə Thoku Universiteti yanında Təbii Fəlakətlərin Öyrənilməsi Beynəlxalq Elmi-Tədqiqat İnstitutu və Fuziçu laboratoriyası tərəfindən hazırlanıb. Əlavəni hazırlayanların bildirdiyinə görə, o, naviqasiyadan istifadə edərək təxliyə yerinə ən yaxın marşrutu tapmağa kömək edir.