İmperator ərə gedən şahzadəni tituldan məhrum etdi, 950 min dollar cehiz verdi


Digərləri 31 Okt 2018 08:26:00 302 0

İmperator ərə gedən şahzadəni tituldan məhrum etdi, 950 min dollar cehiz verdi

Yaponiya imperatoru Akixitonun qardaşı qızı şahzadə Ayako ailə həyatı qurub.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, şahzadə "Nippon" nəqliyyat şirkətinin əməkdaşı Yusen Keyem Morie ilə evlənib.

"The Asahi Shimbun" agentliyinin xəbərinə əsasən, toy mərasimi Tokio şəhərindəki "Meydzi" sintoist məbədində keçirilib və birbaşa efirlə bütün ölkəyə yayımlanıb.