Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə ərsəyə gəlmiş "Əbədi ezamiyyət" sənədli filmi "Tacikfilm" kinostudiyasında nümayiş etdirilib FOTO


Digərləri 31 Okt 2018 08:17:00 383 0

Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə ərsəyə gəlmiş "Əbədi ezamiyyət" sənədli filmi "Tacikfilm" kinostudiyasında nümayiş etdirilib  FOTO

Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzinin yaradıcı heyəti sayəsində ərsəyə gətirilmiş "Əbədi ezamiyyət" sənədli filmi Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə 2018-ci il oktyabrın 30-da Düşənbə şəhərindəki "Tacikfilm" kinostudiyasının geniş salonunda nümayiş etdirilib.

Son.az bildirir ki, Azərbaycanın Tacikistandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində keçirilən təqdimat mərasimində yerli ictimaiyyətin tanınmış nümayəndələri, jurnalistlər, diplomatlar, Tacikistan Milli Universitetinin və Rusiya-Tacikistan Slavyan Universitetinin müəllim və tələbələri, Düşənbə şəhərində yaşayan Azərbaycanlılar iştirak ediblər.

Təqdimat mərasiminə gələn qonaqları salamlayan Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə "Əbədi ezamiyyət" sənədli filmi barədə məlumat verərək bildirilib ki, tamaşaçıların diqqətinə təqdim olunan bu sənədli film müsəlman Şərqində və türk dünyasında ilk parlament respublikası olan, milli dövlətçilik tariximizdə özünəməxsus şərəfli yer tutan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasında misilsiz xidmətləri olmuş, bu şanlı yolda min bir məşəqqətlərə sinə gərmiş, əqidələrindən dönməmiş, 1919-cu ilin yanvarında Paris Sülh Konfransına ezam edilən Vətən oğullarının fədəkarlıqlarından, keşməkeşli talelərindən və qürbətdə bitən ömür yollarından bəhs edir.


Xəbərə aid fotolar