ABŞda helikopter qəzaya uğrayıb, ölənlər var


Dünya 31 Okt 2018 08:04:00 285 0

ABŞda helikopter qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Sebrinq şəhərində (Florida ştatı) helikopter treyler parkına düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, helikopterin qəzaya uğraması nəticəsində azı 2 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Yerli polisin məlumatına əsasən, həlak olanlar helikopterdə, xəsarət alan şəxs isə yerdə olub.