İsveçrədə əhalinin borclanma səviyyəsi rekord həddə çatıb


Digərləri 31 Okt 2018 08:08:00 271 0

İsveçrədə əhalinin borclanma səviyyəsi rekord həddə çatıb

İsveçrə dünyanın ən varlı ölkələrindən biri olsa da, burada əhalinin borclanma səviyyəsi rekord həddə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkə əhalisinin 40 faizi borclanmış ailələrdə yaşayırlar. Tipik borclu şəxs 40 yaşlı, ailəsindən ayrılmış, işini itirmiş və ya xəstəliklə əlaqədar böhran vəziyyətində olan kişilərdən ibarətdir. Ailə dağıldıqdan sonra artıq iki ayrı mənzil təsərrüfatının qayğılarını çəkə, yüksək alimentləri ödəyə bilməyən şəxslər borc girdabına yuvarlanırlar.

Borcun ödənilməməsinə görə İsveçrənin müvafiq icra orqanları ildən-ilə daha çox müsadirələr həyata keçirirlər. 2017-ci ildə icra məmurları məhkəmə qərarları əsasında 1,7 milyon dəfə borclu şəxslərin əmlakı üzərində müsadirə aparıblar.