BMTdən Xaşkacinin qətli ilə bağlı


Dünya 31 Okt 2018 07:52:00 280 0

BMTdən Xaşkacinin qətli ilə bağlı

BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet səudiyyəli jurnalist Camal Xaşkacinin qətlinin beynəlxalq ekspertlərin cəlb edilməsi ilə müstəqil araşdırılmasına çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə M.Baçeletin Cenevrədə verdiyi bəyanatında deyilir.

Bəyanatda deyilir: "Araşdırılmanın ortaya çıxan hər hansı siyasi mülahizələrdən asılı olmayaraq aparılması üçün dəlillərə və şahidlərə tam çıxışlarının təmin olunması ilə beynəlxalq ekspertlərin cəlb edilməsi çox yaxşı olardı".