Pentaqon Meksika ilə sərhədə 5,2 min hərbçi göndərəcəyini təsdiqləyib FOTO


Dünya 31 Okt 2018 07:41:00 306 0

Pentaqon Meksika ilə sərhədə 5,2 min hərbçi göndərəcəyini təsdiqləyib  FOTO

ABŞ Müdafiə Nazirliyi yaxınlaşan mühacir karvanının qarşısını almaq üçün həftənin sonunadək Meksika ilə sərhədə 5,2 min əsgər göndərmək barədə planını təsdiqləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ generalı Terrens Con Oşugnessi Daxili Təhlükəsizlik Nazirliyində keçirilən mətbuat konfransında bunun başlanğıc olduğunu və sərhəddə hərbçilərin sayının daha da artırılacağını bildirib.

Ötən həftə 7,2 min nəfərdən çox mühacir karvanının Meksikadan keçərək ABŞ sərhədinə yaxınlaşdığı barədə məlumat yayılmışdı. Onların arasında Honduras, Salvador, Qvatemala vətəndaşları çoxluq təşkil edir.


Xəbərə aid fotolar