Tehran Danimarkanın İran kəşfiyyatının qanunsuz fəaliyyəti barədə ittihamlarını rədd edib


Dünya 31 Okt 2018 07:25:00 262 0

Tehran Danimarkanın İran kəşfiyyatının qanunsuz fəaliyyəti barədə ittihamlarını rədd edib

Rəsmi Tehran Daniramkanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin rəhbərinin İran xüsusi xidmətlərinin Danimarkada qeyri-qanuni fəaliyyəti barədə bəyanatlarını rədd edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Bəhram Qasemi bildirib.

B.Qasemi "düşməncəsinə" olan bəyanatları rədd edib: "Belə bəyanatlar möhkəm və müasir ciddi, xüsusi şəraitdə daim inkişaf edən İran-Avropa münasibətlərinə qarşı olan planlara uyğundur".

Xatırladaq ki, daha əvvəl Danimarka höküməti Tehrandakı səfirini geri çağırıb.