İsveçrə şirkəti Çində dünyanın ən təkmil robot fabrikini quracaq


Digərləri 31 Okt 2018 07:07:00 259 0

İsveçrə şirkəti Çində dünyanın ən təkmil robot fabrikini quracaq

İsveçrənin ABB səhmdar cəmiyyəti Çinin Şanxay regionunda dünyanın ən təkmil, yüksək dərəcədə avtomatlaşdırılmış və çevik robot fabrikinin qurulmasına 150 milyon dollar sərmayə yatıracağını bəyan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şirkətin yaydığı mətbuat bəyanatında tam avtomatlaşdırılmış fabrikdə robotların robotlar tərəfindən istehsal edəcəyi qeyd edilib. Şirkətin həmin regionda yerləşən robot düşərgəsi ərazisində tikiləcək fabrikdə müasir robotlar istehsal olunacaq və süni intellekt sahəsində tədqiqatlar aparılacaq. "Gələcəyin fabriki" adlanan müəssisə 2020-ci ildə fəaliyyətə düşəcək.