Yer kürəsinin yaxınlığından asteroid keçəcək


Digərləri 31 Okt 2018 03:30:00 257 0

Yer kürəsinin yaxınlığından asteroid keçəcək

Noyabrın 11-də Yerdən 38 milyon kilometr aralı 2015 TB145 adı ilə qeydə alınmış asteroid keçəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Son.az-a bildirilib ki, bu obyekt 2015-ci il oktyabrın 10-da Pan-STARRS rəsədxanasının teleskopu vasitəsilə kəşf olunub. 20-ci ulduz ölçüsündə müşahidə olunan asteroid "Halloween" bayramında keçdiyi və insan kəlləsinə oxşadığı üçün qeyri-rəsmi olaraq "Halloween" adı ilə tanınıb. Asteroidin diametri 600-700 metr ətrafındadır. Günəşətrafı fırlanma dövrü 1120,794 gün (3,04 il), öz oxu ətrafında fırlanma dövrü isə 5 saatdır.