"Parker" kosmik zondu Günəşin orbitinə yaxınlaşır


Digərləri 31 Okt 2018 01:30:00 330 0

"Parker" kosmik zondu Günəşin orbitinə yaxınlaşır

ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) "Parker Solar Probe" kosmik zondu ilə həyata keçirilən "Günəşə toxun!" missiyası uğurla davam edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yaxın günlərdə bu zond indiyədək Günəşə hər hansı obyektin yaxınlaşdığı məsafədən daha yaxın olacaq. Hazırda "Parker"in Günəşdən 42,73 milyon kilometr məsafədə olduğu bildirilir. Bundan əvvəlki rekord 1976-cı ildə həyata keçirilmiş "Helios 2" alman-amerikan kosmik missiyasına aid olub (43,2 milyon kilometr). Həmin zondun saniyədə 70 kilometr sürətlə uçuş rekordu da "Parker" tərəfindən yenilənib (saniyədə 190 kilometr).